Yazını böyüt
Yazını kiçilt
Ukraynanın ölkəmizdəki səfiri Yuriy Husyev Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünlə görüşüb.
Hafta.az yazır ki, bu barədə Ukrayna səfiir öz facebook səhifəsində məlumat paylaşıb.
Səfir Husyev qeyd edib ki, cənab Birol Akgünlə görüş çox mənalı və məhsuldar keçib. Görüşdə Ukraynanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri, eləcə də haqlı və davamlı sülhün əldə edilməsi yolunda Ukraynaya növbəti dəstək müzakirə olunub.
Səfir Husyev ardıcıl həmrəyliyə, Ukraynaya dəstək və konstruktiv dialoqa görə Türkiyə səfirinə səmimi minnətdarlığını bildirib.
Səfir sonda qeyd edib ki, türkiyəli diplomatla əməkdaşlığı dərinləşdirmək üçün koordinasiya səyləri barədə razılığa gəlinib.